Rusiya və İran ödəniş sistemlərini birləşdirirlər

Rusiya və İran öz aralarında hesablaşmalarda milli valyutalardan maksimum istifadə etmək və bu ölkələrin «Mir» və «Shetab» adlı ödəniş sistemlərini birləşdirmək barədə razılığa gəliblər.

İndex.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, əsas məsələlərdən biri iki ölkənin  hüquqi şəxsləri arasında hesablaşmalar üçün şərait yaradılması olub.

Tərəflər milli valyutalar – rubl və rialdan maksimum istifadə etmək barədə də razılığa gəliblər. Bir qədər əvvəl isə Rusiya Türkiyə tərəfi ilə «Mir» kartlarının Türkiyə otellərində istifadəsi ilə bağlı razılığa gəlib.