![“AG Bank”ın əmlakı hərraca çıxarılır](https://index.az/wp-content/uploads/2022/05/agbank-1.jpg)
Mayın 31-də də Əmanətlərin Sığortalanması Fondunda (ADİF) ləğv prosesində olan “AG Bank” ASC-nin daşınmaz əmlakının icarəsi üzrə bağlı hərrac keçiriləcək.
İndex.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi – ADIF məlumat yayıb.
Bildirilir ki, söhbət Bərdə şəhəri, Sənaye küçəsindəki 897,2 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC-yə müvəqqəti inzibatçı təyin olunub və bank ləğvetmə mərhələsindədir.