YAP “Azərsu”yu məhkəməyə verdi

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı “Azərsu” ASC-yə qarşı məhkəmə iddiası qaldırıb.

İndex.az xəbər verir ki, məhkəmə işinə Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımov tərəfindən baxılacaq.

Bildirilir ki, məhkəmə iddiası alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı irəli sürülüb.

Mənbə – Yeniavaz