Bakı əhalisi mağazalarda 8 milyard manat pul xərcləyib

Bu ilin yanvar-aprel aylarında paytaxtda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5,4 % artaraq 7 milyard 961,7 milyon manat olub.

İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% artaraq 4 milyard 252 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,7% artaraq 3 milayrd 709,7 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37,7%-i hüquqi şəxs statuslu müəssisələrdə, 35,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.