Özəl sektordan vergi daxilolmaları 45% artıb

Özəl sektordan vergi daxilolmaları artıb.

İndex.az xəbər verir ki, bunu forumda iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

“2022-ci ilin yanvar-aprel aylarında qeyri-neft-sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,7%, neft sektorunda xarici və yerli subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan daxilolmalar 45% artıb”, – nazir yazıb.