Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 11%-ə endirdi

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 14%-dən 11%-ə endirib.

İndex.az bu barədə “TASS”a istinadən xəbər verir.

Qeyd edildiyi kimi, Rusiya Bankının Direktorlar Şurasının növbəti iclası 2022-ci il iyunun 10-na təyin edilib.

Xatırladaq ki, aprelin 29-da Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 20%-dən 17%-ə, sonra isə 17%-dən 14%-ə endirib.