Sığorta ödənişlərinin 77%-i bu şirkətlərin payına düşür

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyata keçirilmiş 93,418 milyon manat sığorta ödənişinin 72,134 milyon manatı və yaxud 77,2%-i 5 sığorta şirkətinin payına düşüb.

İndex.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının hesabatına görə,  həmin şirkətlər “PAŞA Sığorta” (24,905 milyon manat) və “PAŞA Həyat Sığorta” (23,898 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 8,47 milyon manat), eləcə də “Xalq Sığorta” (7,938 milyon manat) və “Atəşgah Həyat Sığorta” (6,923 milyon manat) ASC-lərdir.

4 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “İpək Yolu Sığorta” (34 min manat), “Xalq Həyat Sığorta” (131 min manat), “Naxçıvan Sığorta” (135 min manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (143 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 440 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,5%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 20,844 milyon manat (22,3%) təşkil edib.

Mənbə – Renkinq