Əmək kitabçaları ləğv olunacaq

Azərbaycanda əmək kitabçaları ləğv olunacaq”.

Bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, yeni “Əmək və Məşğulluq” altsisteminin istifadəyə verilməsi ilə kadr inzibatçılığı insan resursları ilə əvəz olunacaq.

Əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatlar elektron qaydada həyata keçiriləcək.