Ən sərfəli yanacaq keşbəkini verən banklar – SİYAHI

Ölkə banklarının müştərilərə təklif etdiyi faydalı xidmətlərdən biri də «kəşbək»dir (kartla əməliyyatardan müştəriə qayıdan bonus).

Kəşbəklər müxtəlif sahələrdə – ticarət və xidmətlərdə aparılan əməliyyatlardan ödənilir. Bir neçə ay əvvəl yanacağın qiymətinin artmasından sonra isə indiyədək diqqəti çəkməyən yanacaq kəşbəkləri də artıq avtomobil sahiblərini maraqlandırmağa başlayıb.

İndex.az bankların yanacaq «kəşbək»lərini təqdim edir.

Azərbaycan Beynəlxlaq Bankı – ABB-nin bütün ölkədə məşhur «Tam kart» debet kartı sahiblərinə digər sahələrlə yanaşı, yanacaqdoldurma məntəqələrində də kəşbək almağa imkan verir, şərtlərə görə, yanacaq üçün kəşbək 1% təşkil edir və bu bütün YDM üçün keçərlidir. Kəşbəkin həcmi ilə bağıl aylıq limit isə 300 manatdır. Yəni «Tam kart» sahibləri yanacaqla bərabər ay ərzində ümumi 300 manat dəyərində keşbək qazana bilər.

«Bank Respublika»ın «NeoKart»ı da digər sahələrlə yanaşı, yanacaq alışında da kəşbək qazandırır. Burada kəşbək – «neobonus» adlanır, «NeoKart»da xərclənən hər 1 AZN = 20 NeoBonus deməkdir. 100 NeoBonus 0.10 AZN-dir. Nəticədə «Bank Respublika»nın NeoKart-ı ilə yanacaqda 2% kəşbək qazanmaq olar.

«Yelo Bank»ın kartları da yanacaq üçün ən yüksək «keşbək» ödəyənlər sırasındadır. Bankın müştəriləri yanacaq doldurma məntəqələrində «Yelo Light» kartları ilə 4%, «Yelo Premium» kartlarında isə 5% keşbək ala bilərlər. Keşbək isə 5 iş günü ərzində karta mədaxil olunur, məbləğ limiti nəzərdə tutulmur.

«Rabitəbank»ın məxsus «Kartmane» kartında hal-hazırda 4 keşbek növü mövcuddur. Yanacaqdoldurma məntəqələrindən çox istifadə edənlər üçün ən uyğun keşbek növü “YDM&Restoranlar” seçimidir. Həmin növ üzrə kart sahibləri 10%-dək keşbek qazana bilər. Həmin keşbek növü üzrə aylıq dövriyyə limiti minimum 250 AZN oluqda 5%, 500 AZN və daha yuxarı olduqda 10% hesablanır.

«Azər-Türk Bank»ın «ATB debet kartı»ı yanacağa görə 1% kəşbək verir. Ay ərzində alınan yanacağa görə keşbək limiti yoxdur.

Məşhur «Leobank» kartlarında ümumilikdə  15 Cashback kateqoriyası mövcuddur. Yanacağa görə «keşbək 3% təşkil edir. İl ərzində hesablanan Cahsback məbləği 600 manatı keçmir.

«Unibank»ın «Albalı kart»ı yanacağa görə 1% kəşbək verir. Ay ərzində alınan yanacağa görə maksimum 50 manata qədər keşbək qaytarır.

«Kapital Bank»ın «Birkart Cashback»ı ilə yanacaq aldıqda 1,5% keşbək qazanılır. Əməliyyatdan sonra qayıdan vəsait BirBank mobil kabinetin xüsusi keşbək bölümündə görünür.

Banklar-keşbeklər-SİYAHI

Mənbə – FED.az