Bu il 22 mindən çox ipoteka müqaviləsi imzalanıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 84 862 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.

İndex.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% artım deməkdir.

Bu ilin ilk 4 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 48,6% artaraq 22 101 təşkil edib.