Bu il 5050 bağ evi qeydiyyata alınıb

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 14 197 olub.

İndex.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, fərdi yaşayış və bağ evinin ilkin qeydiyyatında da artım müşahidə edilib.

Belə ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 2022-ci ilin yanvar-aprel ayları ərzində 4,2% artaraq 5050 təşkil edib.