Şamaxı şəhəri “İpək yolu” üzərində yerləşən ən vacib şəhərlərdən biridir və onun həm tarixi həm də turizm əhəmiyyəti var, məhz bu səbəbdən, o, türk dünyasının 2023-cü il üçün turizm paytaxtı seçilib.
İndex.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Mirvahid Azimov deyib.
“Həmçinin Şamaxı şəhəri Azərbaycan Şirvanşahlar dövlətinin mərkəzi olub. Digər bir faktı da qeyd edim ki, qonağı olduğumuz bu şəhər tarixi və mədəni abidələri ilə də məşhurdur. Məhz bu səbəbdən də biz Şamaxını türk dövlətlərnin turizm mərkəzi seçdik. Əminəm ki, növbəti il ərzində Şamaxıda keçirəcəyimiz tədbirlər bu şəhərə olan marağı daha da artıracaq”.
Qryd edək ki, Şamaxı şəhəri 2023-cü ilin yanvarından 2024-cü ilin yanvarına qədər türk dünyasının turizm paytaxtı elan edilib.