Problemli kreditlər 27% azalıb

Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 674,8 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 1,5% azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 6,2%, son 1 ildə isə 26,8% azalıb.

Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,7 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il aprelin sonuna isə 6,1% olub.