Suraxanı Rayon İcra Hakimiyyəti məhkəməyə verildi

“Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycandakı nümayəndəliyi Suraxani Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

İndex.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə şirkət Bakı İnzibati Məhkəməsinə müraciət edib.

Belə ki, “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkəti torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Aygün Əhədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.