Mikayıl Cabbarov Davos Forumunda

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos Dünya İqtisadi Forumunun panel iclasında iştirak edib.

İndex.az xəbər verir ki, nazir bu barədə özünün “Twitter“ hesabında yazıb.

Onun sözlərinə görə, Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında qlobal əməkdaşlıq mühiti çərçivəsində yeni çağırışlar, dayanıqlı iqtisadi fəaliyyət, enerji resurslarından səmərəli istifadə və rəqəmsal həllərin tətbiqinin əhəmiyyəti barədə danışılıb.

Nazir əlavə edib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, yaşıl iqtisadi artım, dayanıqlı infrastruktura investisiyaların təşviqi və qeyri-neft sektorunun inkişafı barədə müzakirə apardıq.