Ölkəyə dərman idxalı 24% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 213 736,25 min ABŞ dolları dəyərində 10 505,54 ton əczaçılıq məhsulları idxal olunub.

İndex.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2021-ci il ilin eyni dövrü ilə müqayisədə idxalın dəyəri 33,9%, həcmi isə 23,8% atıb.

Bu ilin aprel ayında ölkəyə 50 366,68 min. dollar dəyərində 3 049,72 ton sözügedən məhsullar idxal edilib ki, bu da mart ayı ilə müqayisədə dəyər ifadəsində 14,8%, həcm ifadəsində isə 10,7% çoxdur.

Qeyd edək ki, bu ilin ilk dörd ayında əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,29%-nə bərabər olub.

Mənbə – APA