Polşanın qaz anbarlarının doluluq səviyyəsi 90%-i ötüb

Polşanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 90,25%-ə çatıb.

İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” (GIE) assosiasiyasının məlumatında deyilir.

Hazırda anbarlarda 3,18 milyard kubmetr qaz toplanıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.

Xatırladaq ki, Polşa alınan qaza görə rubl ilə ödəniş etməkdən imtina etdiyinə görə “Qazprom” aprelin 27-dən etibarən bu ölkəyə qaz nəqlini dayandırıb.