Bazar günü hava necə olacaq?

Mayın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

İndex.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-23° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək.
Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.