Ölkəyə yeyinti məhsullarının idxalı 11% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 703 901,3 min ABŞ dollarına bərabər olub.

İndex.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, yeyinti məhsulları üzrə idxalın dəyəri bir il öncəki göstəriciyə nisbətən 11% artıb.

Ümumilikdə cari ilin ilk dörd ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 17,42% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,57 faiz bəndi azdır.