Bir neçə rayonumuza qar yağıb

Azərbaycanın bir neçə rayonuna qar yağıb.

İndex.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gədəbəy, Göygöl, Daşkəsən rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

Xidmət Azərbaycanın bölgələrindən qarlı mənzərələrlə bağlı görüntülər yayıb.