Naxçıvanda əməkhaqqı nə qədərdir?

2022-ci ilin yanvar-mart aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 559.6 manata çatdırılıb.

İndex.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika İdarəsindən məlumat verilib.

Qeyd edək ki, bu,ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.4 faiz çoxdur.