Gəncə Memorial Kompleksinin konsepsiyası 440 min manata hazırlanacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Prezident İlham Əliyevin bu ilin yanvar ayında təməlini qoyduğu Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Chapman Taylor LLP” şirkətidir.

Qalib şirkətə 440 min manat ödəniləcək.