Azərbaycana bu il ən çox hansı ölkələrdən turist gələcək?

2022-ci ilin yay mövsümündə Azərbaycana xarici turistcəlb etmək üçün hədəf ölkələr İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər kimi Yaxın Şərq ölkələri, eləcə də Hindistan və Pakistan seçilib.

İndex.az xəbər verir ki, bu barədə mayın 18-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yay turizm mövsümü üzrə hazırlıqlarla bağlı turizm sənayesinin nümayəndələri ilə görüşdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə, artıq bu ölkələrdə Azərbaycanın təbliği üçün aktiv marketinq tədbirləri aparılır.

Bildirilib ki, hazırda İsraillə həftədə 7 dəfə, Səudiyyə Ərəbistanla həftədə 13 dəfə, BƏƏ ilə həftədə 36 dəfə, Küveyt və Qətərlə həftədə 7 dəfəyədək olan birbaşa uçuşların yay mövsümü üçün daha da artırılması planlaşdırılır.