Fransa millisinin heyətində dünya çempionu olmuş Pol Poqba karyerasını Türkiyədə davam etdirə bilər.
İndex.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçinin “Qalatasaray”a keçmək ehtimalı var. O, menecerlər vasitəsi ilə İstanbul klubuna təklif olunub.
Qeyd edək ki, dopinqə görə diskvalifikasya olunan futbolçunun cəzası 4 ildən 18 aya endirilib. Hazırda “Yuventus”a məxsus olan oyunçuya martdan etibarən rəsmi oyunlarda meydana çıxmağa icazə veriləcək.
Poqba 2018-ci ildə Fransa yığması ilə dünya çempionu olub.