
Rusiya Mərkəzi Bankının materiallarına əsasən, aprel ayında Rusiya Federasiyasında illik inflyasiya 1,14 faiz bəndi artaraq 17,8 faiz təşkil edib.
“Apreldə illik inflyasiya 1,14 faiz bəndi artaraq 17,8%-ə çatıb. Rublun möhkəmlənməsi və tələsik tələbin təsirləri tükəndiyi üçün ay ərzində həftəlik qiymət artımı səngiyib və ümumilikdə aprel ayında istehlak qiymətləri 1,5% artıb”, – tənzimləyici qeyd edib.
Bildirilir ki, inflyasiyaya ən böyük töhfəni ərzaq məhsullarının qiymətlərinin dinamikası göstərib. Belə ki, il ərzində ərzaqlar 20,5% bahalaşıb.
“Ərzaq qiymətlərindəki cari artım tempi 2015-ci ilin əvvəlindən ən yüksək göstəricidir və əvvəlki illə müqayisədə xeyli yüksəkdir”, -Rusiya Mərkəzi Bankı qeyd edib.