Bu gün bu qəsəbələrdə su kəsiləcək

Bu gün Abşeron rayonunun Müşfiqabad, 28 May və Qaraheybət qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

İndex.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, bunun səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.