“Toyota”nın xalis mənfəəti 26,4% azalıb

“Toyota”nın 2024-cü maliyyə ilinin birinci yarısında xalis mənfəəti 26,4% azalıb.

İndex.az xəbər verir ki, “Toyota”dan verilən açıqlamaya görə, aprel-sentyabr dövründə şirkətin xalis mənfəəti əvvəlki maliyyə ili ilə müqayisədə 26,4% azalaraq 12,4 milyard dollara düşüb.

“Toyota”nın Baş Maliyyə Direktoru (CFO) Miyazaki Yoiçi sərmayələri artıracaqlarını və iş mühitini yaxşılaşdıracaqlarını ifadə edərək, daha əvvəl bu sahəyə ayrılan illik 4,9 milyard dolar investisiyanın 5,4 milyard dollara yüksəldiləcəyini açıqlayıb.

“Toyota”, həmçinin 2025-ci ilin martında başa çatacaq 2024-cü maliyyə ili üçün hərtərəfli xalis mənfəət və satış gəliri gözləntilərini açıqlayıb.

Müvafiq olaraq, satışların əvvəlki maliyyə ili ilə müqayisədə 2% artaraq 298,5 milyard dollara çatacağı gözlənilir.

Şirkətin tam maliyyə ilində xalis mənfəətinin 27,8% (23,1 milyard dollar) azalacağı təxmin edilir.