AZAL işçilər axtarır – VAKANSİYALAR

Azerbaijan Airlines

Daxili Nəzarət İdarəsi / Biznes proseslərinə nəzarət üzrə Mütəxəssis

Son tarix 06 dek 2024 – Müraciət et

Təsvir:

  • Daxili nəzarət və təftiş funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanması və icrasında iştirak;
  • Müxtəlif biznes proseslərin detallı təhlilini aparmaq və onların axınını, məqsədini və fəaliyyətini başa düşmək;
  • İş proseslərinin effektivliyini artırmaq, standartlara uyğunluğunu yaxşılaşdırmaq, mövcud və ya potensial risklər daxilində baş vermiş və ya baş vermə ehtimalı olan nöqsanları vaxtında aşkar etmək, onların tam və ya qismən aradan qaldırılması yolunda tədbirlər görmək;
  • Proseslərdə, nəzarət mexanizmlərində və onların icrasında mövcud və yol verilmiş boşluq və pozuntuların aşkar edilməsi zamanı, həmçinin həmin hallar üzrə optimallaşdırıcı və düzəldici təklifləri birbaşa rəhbərə təqdim etmək;
  • Aşkar edilmiş boşluqlar, xəta və pozuntular haqqında hesabatlar və təqdimatların hazırlanması.

Tələblər:

  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili – Ana dili; İngilis dili – yüksək səviyyə;
  • Proqram bilikləri: Microsoft Office proqramları; Excel/SQL/VBA,Power BI proqramlarında işləməyi bacarmaq üstünlükdür;
  • Sahə üzrə sertifikatlara malik olmaq əlavə üstünlükdür (CIA, CFE, CFA, ACCA);
  • Sahə üzrə minimum iş təcrübəsi minimum 1 il;
  • Ünsiyyət bacarıqları;
  • Danışıqların aparılması bacarığı;
  • Qərar vermə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Təqdimat bacarıqları;
  • Öyrənmə qabiliyyəti;
  • İşə uyğunlaşma qabiliyyəti;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Komandada işləmək bacarığı.

İş qrafiki:

  • Həftə içi 5 gün (09:00-18:00)

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı