![Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ](https://index.az/wp-content/uploads/2022/05/istockphoto-160177556-612x612-1.jpg)
Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal olunur.
Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 28-33 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimal var.