“Google”un Rusiyadakı törəməsi iflas edir

“Google MMC” (“Google”un Rusiyadakı strukturu) iflasla bağlı arbitraj məhkəməyə müraciət etməyi planlaşdırır.

İndex.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Roskomnadzor”un iddialarına görə, şirkətə 7.2 milyard rubldan çox məbləğdə dövriyyə cəriməsi tətbiq edilib. Cərimə martın 19-dək ödənilməli idi. Mayın 1-də Rusiya məhkəməsi şirkətə qarşı iş açıb. 2021-ci ildə o, 26 milyard rubl xalis zərər edib.

2021-ci ilin dekabrında məhkəmə “Google”a 2020-ci ilin illik gəlirinin 5%-i həcmində minimum dövriyyə cəriməsi tətbiq edib.