Xaricdən 11 milyon dollara yeni avtobuslar alınıb

2022-ci ilin yanvar-mart aylarında ölkəyə 15 934 ədəd minik avtomobili, 1 012 ədəd yük avtomobili, 90 ədəd avtobus idxal olunmuşdur.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ilin 3 ayında Azərbaycana ümumilikdə 10 mln. 478 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2.4 dəfə çoxdur.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 90 ədəd avtobus (artım 2.3 dəfə) idxal olunub.