Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə “Instagram “sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.
İndex.az xəbər verir ki, sosial şəbəkələr arasında ən çox izlənilən hesablar “Instagram”dadır.
Ronaldodan sonra yüksək izləyiciləri olan şəxslər isə belə sıralanıb:
Kayli Cenner (336 milyon), Leo Messi (326 milyon), Selena Qomez (318 milyon), Dueyn Conson (315 milyon), Ariana Qrand və Kim Kardaşyan (309 milyon), Beyons (255 milyon).
Bu ilin əvvəlində siyahıdakı izləyicilərin sayının dəyişdiyi qeyd edilib.
“Agency Press” sosial media ilə bağlı mətbuatda əksini tapan xəbərlərin sayını araşdırıb. Onlayn saytlar və çap media arxivlərindən toplanılan məlumata görə, bu il sosial media ilə bağlı 1 milyondan çox xəbərin əks olunduğu müəyyən edilib.
Sfera.az