Qlobal elektrikli avtomobil satışlarında BYD, “Tesla” qarşısında daha bir qələbə qazandı və ilk dəfə “Tesla”nı üstələyən rüblük gəlirlərini açıqladı.
İndex.az xəbər verir ki, Çinin ən çox satılan avtomobil istehsalçısının gəliri sentyabrın 30-da başa çatan üçüncü rübdə illik müqayisədə 24% artaraq 201,1 milyard yuana (28,2 milyard dollar) çatıb.
Rəqəmlər gözləntilərin altında qaldı, lakin eyni dövrdə satışları 25,2 milyard dollara çatan “Tesla”nı ötdü.
BYD ikinci rübdə görünməmiş 1,12 milyon elektrik və plug-in hibrid avtomobil satdıqdan sonra xalis gəlir 11,5 faiz artaraq 11,6 milyard yuana çatıb.