Moskva birjasında rubl dollar və avro qarşısında zəifləyib

Çərşənbə günü Moskva birjasında valyuta ticarətinin əvvəlində rubl əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə dollar və avro qarşısında ucuzlaşıb.

Index.az xəbər verir ki, dolların məzənnəsi 0,63% artaraq 64 rubla, avronun məzənnəsi 0,2% artaraq 67,13 rubla çatıb.

Rusiya fond bazarının aparıcı indeksləri artımı nümayiş etdirir. Moskva birjasının indeksi 1,28% artaraq 2 455,24 bəndədək, RTS indeksi 0,92% artaraq 1 211,89 bəndədək yüksəlib.