ABŞ-ın “Los-Anceles Leykers” klubunun məşhur basketbolçusu Lebron Ceymsi və oğlu Bronni Ceymsi avtomobil qəzasına görə məhkəməyə veriblər.
İndex.az “TMZ Sports”a istinadən xəbər verir ki, hadisə 2022-ci ilin noyabrında Kaliforniyanın Littl-Rok şəhərində baş verib.
Qadınların sözlərinə görə, Lebron və oğlunun içərisində olduğu avtomobil onların idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb. İttihamçılar yol-nəqliyyat hadisəsi nəticəsində aldıqları xəsarətlərin əlavə müalicə tələb etdiyini bildiriblər. Həmçinin idarə etdikləri avtomobilin ciddi zədələndiyini və bunun nəticəsində dəyərinin düşdüyünü söyləyiblər.
Zərərçəkənlər dəymiş ziyanın ödənilməsini tələb ediblər.