“Tesla”nın gəliri 8%, mənfəəti isə 17% artıb

“Tesla” bu ilin üçüncü rübü üçün balans hesabatını açıqladı.

İndex.az xəbər verir ki, müvafiq olaraq, şirkətin gəliri ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 8 artaraq 25,2 milyard dollara çatıb.

“Tesla” 2023-cü ilin üçüncü rübündə 23,4 milyard dollar gəlir əldə edib.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 2,2 milyard dollara çatıb. Keçən ilin eyni dövründə “Tesla”nın xalis mənfəəti 1,9 milyard dollar olub.

“Tesla”nın səhm başına qazancı keçən ilin eyni dövründəki 53 sentdən üçüncü rübdə 62 sentə yüksəlib.

“Tesla” 2024-cü ilin üçüncü rübündə qlobal miqyasda 469 min 796 avtomobil istehsal etdiyi halda, 462 min 890 avtomobil tədarük edib.

Bu dövrdə şirkətin avtomobil istehsalı illik bazda 9%, təhvil verilən avtomobillərin sayı isə 6% artıb.