“PASHA Bank” işçilər axtarır – VAKANSİYALAR

Büdcələmə və Planlaşdırma şöbəsinin Kiçik Mütəxəssisi

Son tarix 01 iyn 2022 – [email protected]

İşiniz nədən ibarətdir?

  • İllik Büdcə Planlama prosesinin effektiv şəkildə icrasında iştirak;
  • Departament və şöbələrə büdcə hazırlanmasında dəstək;
  • Xərc amillərinə gündəlik nəzarət;
  • Aylıq plan-fakt hesabatının hazırlanması və fərqlərin təhlili;
  • Verilənlərin və məlumatların keyfiyyətinə nəzarət;
  • Təşkilat fəaliyyətinin idarəedilməsi üçün məlumatın düzgün və vaxtında yönləndirilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq  sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Mühasibatlıq, Maliyyə və ya müvafiq sahə üzrə minimum 1 il
  • Xarici dillər: İngilis (səlis), Rus (arzuolunan)
  • Kompüter bilikləri: Microsoft Office
  • Lisenziya/Sertifikat: ACCA və ya ekvivalent sertifikat

Digər:

  • Yerli Maliyyə Hesabatlıq Standartlar anlayışı
  • Beynəlxalq Maliyyə Hesabatlıq Standartlar anlayışı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 31.05.2022-ci il tarixinədək başlıqda “Büdcələmə və Planlaşdırma şöbəsinin Kiçik Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

 

Korporativ İdarəetmə və İnzibatçılıq üzrə Şöbə Rəhbəri

Son tarix 07 iyn 2022

İşiniz nədən ibarətdir?

  • Bankın əməkdaşları üçün rahat iş şəraitinin yaradılması, əməkdaşlara inzibati dəstək verilməsi, şöbənin ümumi idarəedilməsi və şöbədəki bütün proseslərə ümumi nəzarət və cavabdehlik;
  • Bankın struktur bölmələri üçün iş mühitinin yaradılması məqsədilə binaların işlək vəziyyətdə saxlanılması;
  • Generator və digər avadanlıqların fasiləsiz işinə nəzarət;
  • Bankın struktur bölmələrinə texniki və inzibati dəstəyin verilməsi, qəbul olunan sorğuların vaxtında və effektiv cavablandırılması;
  • Xidmət heyətinin (xadimələr, texniklər və s.) fəaliyyətlərinin təşkili və nəzarət;
  • Tikinti və təmir işlərinin keyfiyyət və smeta xərclərinin monitorinqi;
  • Bank əmlakının effektiv formada inventarlaşdırılmasına nəzarət;
  • Bankın zəruri maddi və texniki baza ilə təmin edilməsi;
  • Logistika və daşınmanın təmin edilməsi;
  • Binaların icarə və sığortasının idarəedilməsi;
  • Həmkarlar və qonaqlar üçün nəqliyyat vasitəsi dəstəyinin təmin edilməsi;
  • Dövlət təşkilatları ilə inzibatçılıq məsələləri üzrə əlaqələrin qurulması;
  • Bankın biznes əməliyyatlarının asanlaşdırılması məqsədilə inzibati məlumatın yayılmasının təmin edilməsi;
  • Daşıma və nəqliyyat vasitələri parkının effektivliyi üzərində nəzarət;
  • Gündəlik istifadə üçün nəqliyyat vasitələrinin və sürücülərin qrafikə salınması, yanacaq təminatı və müntəzəm texniki xidmətin təşkili;
  • İcarə müqavilələrinin hazırlanmasında iştirak, bütün icarə müqavilələrinin Bankın Hüquq departamenti və notariat kontorları tərəfindən təsdiqinin təmin edilməsi;
  • Girov qoyulmuş əmlakın idarəedilməsi və əmlakın satışında iştirak;
  • Bankın daxili qayda, proses, siyasət və təlimatlarının (SƏTƏM daxil olmaqla) icrası, pozuntulara görə cavabdehlik və hər hansı bir hadisə və ya təhlükə barədə dərhal şöbə rəhbərinin məlumatlandırılması,
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat, Mühəndislik və ya digər müvafiq sahə üzrə magistr təhsili
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il
  • Xarici dil: İngilis dili (səlis)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul biliyi: Tikinti və texniki biliklər
  • Bazar biliyi: Xərclər, xidmət şirkətləri
  • Digər: Liderlik, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli, innovativ düşüncə və özünüinkişaf bacarıqları

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Korporativ İdarəetmə və İnzibatçılıq üzrə Şöbə Rəhbəri” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.