Ölkədə əhalinin gəlirləri 19% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 463,2 milyon manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 19,1 % artaraq 2 038 manata çatıb.