“Azəralüminium” bu şirkətlərə 90 milyon manat ödəyəcək

“Azəralüminium” MMC Silk Road Commodities SA və Trafigura Pte Ltd ilə 90 milyon manatlıq müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, müqavilədə 100 000 ton Gil-torpaq (Al2O3) Satınalınması nəzərdə tutulur.

Silk Road Commodities SA ilə bağlanmış müqavilənin dəyəri 44 694 455 manat, Trafigura Pte Ltd ilə bağlanmış müqavilənin dəyəri isə 45 684 353 manatdır.