Yeni mediasiya təşkilatı işə başladı

Bakıda daha bir mediasiya təşkilatı fəaliyyətə başlayıb.

İndex.az xəbər verir ki, 15 saylı mediasiya təşkilatına Mediasiya Şurası İxtisas Komissiyasının sədri Qasım Şaliyevin rəhbər edir. Qurumun əsas devizi isə “Həll olunmamış mübahisə qalmayacaq!”dır. Mediasiya təşkilatı bütün mülki mübahisələr üzrə vətəndaşlara və iş adamlarına alternativ həll yolu kimi peşəkar mediasiya xidmətlərini təklif edir.

Qeyd edək ki, ofis beynəlxalq mediasiya təcrübəsinə uyğun olaraq formalaşdırılmış, mübahisə tərəflərinin aralarındaki münaqişənin səviyyəsinin azaldılması və barışıq imkanlarının əldə olunması üçün müvafiq maarifləndirici elanlar və broşuralar ilə təmin edilib. Mediasiya sessiyalarının keçirildiyi iclas otaqları mediasiyanın bərabərliyi və məxfiliyi prinsipinə uyğun xüsusi dizaynla hazırlanıb.

Xatırladaq ki, 1 iyul 2021-ci ildən ailə, əmək, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak icbari xarakter daşıyır.