Dövlət Agentliyi bu şirkətə 13 milyon manat ödəyəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi imtiyazlı xəstələr üçün dərman vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Zeytun Pharmaceuticals” QSC-dir.

Qalib şirkətə 12 768,3 min manat ödəniləcək.