Mərkəzi Bankın aktivləri 4% artıb

Azərbaycan Mərkəzi Bankının aktivlərinin həcmi 2021-ci il ərzində 25.48 mlrd. manatdan 26.41 mlrd. manata yüksəlib.

İndex.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın KPMG audit şirkəti tərəfindən verilən audit rəyində deyilir.

Aktivlərində əsas paya sahib olan borc qiymətli kağızların həcmi 18.58 mlrd. manatdan 17.36 mlrd. manata düşüb. Aktivlərin 6.84 mlrd. manatı pul vəsaitləri, 1.26 mln. manatı BVF ilə hesablaşmalar təşkil edib.