Alman avtomobil istehsalçısı “BMW Group” üçüncü rüb üçün satış rəqəmlərini açıqlayıb.
İndex.az xəbər verir ki, “BMW Group”un satışları cari ilin üçüncü rübündə əyləc sistemindəki problemlər səbəbindən 13% azalıb.
Beləliklə, BMW-nin avtomobil satışları iyul-sentyabr dövründə 540 min 882 ədədə geriləyib.
Eyni rübdə alman istehsalçının elektromobil satışları keçən ilin eyni dövrünə görə, 0,1% artaraq 140 min 65-ə çatdı.