Mərkəzi Bankın əmlakının dəyəri 12% azalıb

Bu ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) torpaq, tikili və avadanlıqlarının dəyəri 76,361 milyon manat olub.

İndex.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,7 % azdır.