TOGG İdarə Heyətinin Sədrliyini təhvil alan Fuat Tosyalı son günlər TOGG-un satılması ilə bağlı iddialara cavab verib.
İndex.az xəbər verir ki, Fuat Tosyalı, “Ekonomi” qəzetinə verdiyi açıqlamalarda TOGG-un (Türkiyənin Avtomobil Müəssisələri Qrupu) çinlilərə satılacağına dair iddiaların həqiqəti əks etdirmədiyini bildirib:
“Togg-un çinlilərə və ya fərqli qruplara satışı gündəmdə deyil. Əksinə, TOGG, yeni rəhbərlik ilə daha çox böyüyəcək”.