TRACECA üzrə daşımaların həcmi 7%-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 858,3 min ton, yük dövriyyəsi isə 2557,7 milyon ton-km olub.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7% və 6,3% artım müşahidə olunub. Yüklərin 6 115,1 min tonu və ya 56,3%-i avtomobil nəqliyyatı, 3 507,0 min tonu və ya 32,3 %-i dəmir yolu nəqliyyatı, 1 236,2 min tonu və ya 11,4%-i dəniz nəqliyyatı ilə daşınıb

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,8%-ni və yaxud 2 585,3 min tonunu tranzit yüklər təşkil edib.