Los-Ancelesdə ən bahalı villa 200 milyon dollara satışa çıxarılır

Dünyaca məşhur “Hyatt” otellər şəbəkəsinin həmtəsisçisi Donald Pritzkerin oğlu Toni Pritzkerlə 2022-ci ildə ayrıldığı keçmiş həyat yoldaşı Jeanne Pritzker arasında uzun mübarizədən sonra Los-Ancelesdəki malikanə təxminən 50 min kvadratmetr sahə satışa çıxarılır.

İndex.az xəbər verir ki, evin təxminən 5 min kvadratmetr yaşayış sahəsi var. Malikanəyə şəhərə və okeana mənzərəsi olan 2 mərtəbəli hovuzu, qonaq evi, işçilər üçün yaşayış yeri, boulinq zalı, 2 kinoteatr, idman zalı, spa, bərbər, tennis kortu, 15 maşınlıq yeraltı qaraj və şou zalı, 12 yataq otağı və 19 hamam daxildir.

30 illik evlilikdən sonra uzun müddət boşanma ərəfəsində olan cütlüyün ayrılmasının mərkəzində Pritzker malikanəsi olub. 2005-2011-ci illər arasında inşa edilən və təxminən 200 milyon dollara satılacağı gözlənilən malikanənin Los-Ancelesdə satılan ən bahalı evlərdən biri olduğu düşünülür.