“Bank Respublika” işçilər axtarır – VAKANSİYALAR

Bank Respublika ASC

Pərakəndə Satışlar departamenti / Pərakəndə biznesin analitikası şöbəsinə təcrübəçi/kiçik mütəxəssis

Son tarix 25 okt 2024 – Müraciət et

Təsvir

  • Böyük verilənlər bazası ilə iş, məlumatların emal edilməsi və ilkin təhlili;
  • Data analitika layihələri üzrə texniki və funksional tələblərin formalaşdırılması;
  • Biznes istiqaməti üzrə verilənlər bazasının optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Müxtəlif məlumat mənbələrindən əldə edilmiş data əsasında analitik hesabatların hazırlanması;
  • Statistik təhlillərin və modelləşdirmənin aparılması, müvafiq testlərin edilməsi.

Tələblər

  • Ali texniki (riyaziyyat, statistika, kompyuter elmləri və s.) və ya iqtisadi təhsil;
  • Riyazi və statistik təhlil üzrə əsaslı biliklər;
  • Analitik və alqoritm əsaslı düşünmə;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Relyasiyalı verilənlər bazasının(RDBMS) əsas prinsipləri üzrə biliklər;
  • SQL proqramlaşdırma dili üzrə əsas sorğuların yazılması;
  • Python / R dili üzrə əsas funksiya və paketlərlə işləmə bacarığı;
  • MS Excel üzrə riyazi və statistik funksiyalarla işləmə bacarığı  ;
  • Power BI, Tableau və ya digər BI alətlərlə iş təcrübəsi (arzuolunandır).

Vakansiya haqqında

Son tarix Oktyabr 8, 2024

Paylaşılıb Sentyabr 25, 2024

Vakansiya növü Tam ştat

KOB Müştərilər ilə iş departamentində Ticarətin Maliyyələşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi

 Son tarix 25 okt 2024 Müraciət et

Təsvir

Ümumi vəzifə öhdəlikləri:

  • Sənədli əməliyyatlar üzrə aylıq planların icrası;
  • Filiallardan gələn qarantiya/akkreditiv sifarişlərini təhlil etmək və operativ qərarlar vermək;
  • Sənədli əməliyyatlar üzrə satışın artırılması üçün müştərilərin cəlb olunması (direct marketing) və filial əməkdaşlara müvafiq dəstək göstərilməsi;
  • Filialların qarantiya/akkreditiv portfelinin hesabatlar əsasında təhlil edilməsi;
  • Sənədli əməliyyat məhsulları üzrə zəruri hallarda bazar araşdırmasının aparılması və müvafiq hesabatlar/təqdimatların hazırlanması;

Tələblər

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
  • Təcrübə: Bankda biznes kreditləri üzrə minimum 1 illik iş təcrübəsi;
  • Bankın fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər.
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Analitik düşünmə qabiliyyəti;
  • Sərbəst işgüzar ünsiyyət saxlamaq bacarığı