“Bank Respublika”ya işçilər axtarılır – VAKANSİYALAR

Vakansiya 1: Xidmətlər üzrə məsləhətçi (Reception)

Ümumi vəzifə öhdəlikləri:

  • Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
  • Müştərilər arasında aparılan sorğularda iştirak;
  • Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili orta səviyyədə arzuolunandır;
  • Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 may 2022-ci il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Bakı qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Vakansiya 2: Şəbəkə təhlükəsizliyi üzrə administrator

Ümumi vəzifə öhdəlikləri:

  • Mövcud “NGF Firewall”-ların administrasiyası;
  • “Web Application Firewall”-un administrasiyası;
  • Yeni və mövcud “Web Application”-ların təhlükəsizliyinin təhlili;
  • RADIUS və TACAS+ serverlərinin administrasiyası;
  • Şəbəkə, server və proqram təminatlarının zəifliklərinin aşkar edilməsi (vulnerability scanning);
  • İPS sistemlərinin administrasiyası;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
  • Email təhlükəsizliyi sisteminin administrasiyası;
  • Şəbəkə və “application”  üzrə monitorinq sistemlərinin administrasiyası;
  • VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • Veb təhlükəsizlik (Web Application Firewall) parametrlərinə dair biliklər;
  • AAA, RADIUS, TACAS+ barədə biliklər;
  • Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;
  • Anti-virus, Anti-Malware sistemləri barədə biliklər;
  • Vulnerability scanning proqramı üzrə biliklər;
  • Penetration testing barədə biliklər;
  • Müdaxilələrin qarşısının alınması sistemləri (IPS) üzrə biliklər;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər;
  • Email təhlükəsizliyi, monitorinq sistemi və VPN texnologiyaları üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 may 2022-ci il tarixinədək email-in mövzu hissəsində Şəbəkə təhlükəsizliyi üzrə administrator qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Namizədlər CV-lərini [email protected] email adresinə göndərə bilərlər.