“Bank Respublika” işçilər axtarır – VAKANSİYALAR

Xidmətlər üzrə məsləhətçi (Reception)

Son tarix 28 may 2022 – [email protected]

Ümumi vəzifə öhdəlikləri:

  • Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
  • Müştərilər arasında aparılan sorğularda iştirak;
  • Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili orta səviyyədə arzuolunandır;
  • Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 may 2022-ci il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Bakı qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Pentester

Son tarix 28 may 2022 – [email protected]

Ümumi vəzifə öhdəlikləri:

  • Mütamadi olaraq “Penetration” testlərinin keçirilməsi;
  • Şəbəkə, server və proqram təminatlarının çatışmazlıqlarının aşkarlanması (vulnerability scanning);
  • Android, İOS və WEB tətbiqlərinin source code-larında çatışmazlıqların aşkar edilməsi;
  • Aşkar edilən boşluqlar və onların aradan qaldırılması üzrə hesabatların hazırlanması;
  • Boşluqların aradan qaldırılması üzrə İT heyəti ilə birgə işləmək;
  • Mütəmadi olaraq yeni hücum vektorları və zero-day boşluqları üzrə araşdırmaların aparılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • OWASP Top 10 üzrə biliklər;
  • Web tətbiqlərdə təhlükəsizlik boşluqlarının aşkarlanması (XSS, CSRF, SQLi, IDOR, Session management issues, etc.);
  • Şəbəkə və Mobil tətbiqlərin təhlükəsizliyi üzrə biliklər;
  • “Scripting” tipli dillər üzrə biliklər;
  • Windows, Active Directory və Unix/Linux təhlükəsizliyi üzrə biliklər;
  • Penetration Testing alətləri: Nmap, Burp, Metasploit, Fuzzing tools, SonarQube, Nessus, OWASP Zap və s. üzrə biliklər;
  • Dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
  • Ünsiyyət qurma və komandada işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 may 2022-ci il tarixinədək email-in mövzu hissəsində Pentester qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Korporativ bankçılıq üzrə mütəxəssis (Gəncə)

Son tarix 28 may 2022 – [email protected]

Ümumi vəzifə öhdəlikləri:

  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Bankın korporativ müştərilərinə xidmət etmək;
  • Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
  • Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
  • Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 may 2022-ci il tarixinədək email-in mövzu hissəsində Korporativ bankçılıq üzrə mütəxəssis (Gəncə) qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.